Eldəniz Səlimov apellyasiya şikayətini GERİ GÖTÜRDÜ – Vəkilindən AÇIQLAMAbackend

Eldəniz Səlimov apellyasiya şikayətini GERİ GÖTÜRDÜ – Vəkilindən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi hazırda həbsdə olan deputat Eldəniz Səlimov öz xahişi ilə apellyasiya şikayətini geri götürüb.

Qeyd edək ki, əvvəlcə Eldəniz Səlimov apellyasiya şikayəti verib və barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Az keçmiş apelyasiya şikayətini geri çevirib.

NOCOMMENT.az-ın məlumatına görə, Bizim.Media-ya bu barədə danışan vəkili İlqar Əliyev Eldəniz Səlimovun sonradan apellyasiya şikayətini geri götürməsi səbəbini belə açıqlayıb:

“Eldəniz Səlimov hesab edir ki, apellyasiya şikayəti verməyə ehtiyac yoxdur. Dövlət həbs qəti-imkan tədbirinin seçilməsini istəyirsə, belə də olmalıdır”.

Vəkil əlavə edib ki, sabah Eldəniz Səlimovun apellyasiya şikayətini geri götürməsi ilə bağlı Apellyasiya Məhkəməsi keçiriləcək.

“İstintaq davam edir. İlkin olaraq 3 ay 27 gün qəti-imkan tədbiri seçilib. Özü ilə görüşmüşəm. Səhhəti normaldır və heç bir narahatlığı yoxdur”.

Qeyd edək ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edib. Bu barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb.

Milli Məclisin 3 avqustda keçirilən növbədənkənar sessiyasının iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilib.