Elə bil sentyabrın 27-si səhərini yaşayırıq- Erməni deputatbackend

Elə bil sentyabrın 27-si səhərini yaşayırıq- Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş verənlər 44 günlük müharibənin baş verənləri ilə çox bənzəyir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Ermınistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aqnesa Xamoyan bu gün, noyabrın 16-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan-Azərbaycan sərhədində yaranmış gərgin vəziyyətə toxunaraq deyib.

“Dünən biz bütün günü sərhəddəki vəziyyətlə bağlı xüsusi sessiya çağırmağa çalışdıq. Amma bizi sənədləri natamam təqdim etməkdə ittiham etdilər. Ermənistan Respublikası ərazisində döyüşlər gedən zaman Milli Məclisdə civə ilə bağlı qanuna dəyişiklik edilməsi məsələsi müzakirə olunurdu. Məhz səhər saatlarında bunu əsaslandıraraq, dörd günlük bu görüşü boykot etdik. Təbii ki, tək boykotla problem həll olunmayacaq və biz yalnız boykot vasitəsi ilə mübarizə aparmağı seçməmişik. Məndə elə təəssürat yaranıb ki, biz sentyabrın 27-si səhərini yaşayırıq. Elə bir təəssürat yaranır ki, eyni ssenari səhnələşdirilir, biz yenə ərazilərimizi itirəcəyik, daha çox qurban və yaralılarımız olacaq, yeni təslim aktı imzalanacaq. Bu gün əlimizdə olan mənzərə bir daha şübhə doğurur ki, yeni sənədin imzalanmasına haqq qazandırmaq üçün 27 sentyabr ssenarisi təkrarlanır.

Xamoyanın sözlərinə görə, hazırda fraksiya məlumatları tamamlamalı, konkret olaraq bundan sonra nə edəcəyini başa düşməlidir.

“Sərhəddəki baş verənlər haqqında tam məlumatımız olmadığından, qurbanların, yaralıların, itirilmiş ərazilərin sayına malik olmadığımız üçün hansı tədbirləri görəcəyimizi açıqlaya bilmərəm. Bilmirəm, Nikol Paşinyan bizim partnyorlarımızla əyalət incəliyi ilə, həm də Azərbaycanla operativ əlaqələrlə hansı danışıqlar aparır, Əliyev və Ərdoğana hansı vədlər verir, Putinlə nə danışır, sonra qərarlarını dəyişir. Bütün bunları yalnız güman edə bilərik”, – deyə Aqnesa Xamoyan vurğulayıb.
Qaynarinfo