Elektrik cərəyanı ustanı vuraraq öldürdübackend

Elektrik cərəyanı ustanı vuraraq öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonunda bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, “Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki elektrik yarımstansiyalarından birində qeydə alınıb.

Belə ki, yarımstansiyanın işçisi, 1959-cu il təvəllüdlü Nəsir Yusif oğlu Yusifov 3 saylı 10 kilovoltluq qapalı paylayıcı qurğuda işləyərkən dünyasını dəyişib. İlkin ehtimala görə, ustanın ölümünə elektrik cərəyanı vurması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.