Elektrikli avtomobillər üçün enerji doldurma qurğuları sərfəli oldubackend

Elektrikli avtomobillər üçün enerji doldurma qurğuları daha sərfəli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elektromobillər üçün enerji doldurma stansiyalarının yerləşdirilməsi yaxınlıqdakı təşkilatların gəlirlərinin artması ilə əlaqələndirilib.

NOCOMMENT.az xəbər verir ki, tədqiqat Nature Communications jurnalında dərc olunub .

Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri hesablayıblar ki, elektrik avtomobilləri üçün stansiyalar biznes nümayəndələri üçün kifayət qədər tez ödəyir. Elmi işin materiallarından belə çıxır ki, stansiyadan 90 metr radiusda yerləşən kommersiya təşkilatları daha çox qazanc əldə etməyə başlayıblar.

Tədqiqat Kaliforniyada şarj stansiyalarının yaxınlığında yerləşən 140 min müəssisədən əldə edilən məlumatlara əsaslanıb. Məlumat 2019-cu ildən 2023-cü ilin iyun ayına qədər toplanıb. Məlum olub ki, enerji doldurma stansiyasına piyada məsafədə yerləşən kommersiya təşkilatları 2019-cu ildə 1,4 faiz, 2021-ci ilin yanvarından 2023-cü ilin iyun ayına qədər isə 0,8 faiz çox qazanmağa başlayıb. Tədqiqatın müəllifi Yunhan Zheng avtomobil doldurma stansiyalarının qurulmasının faydalı olduğu qənaətinə gəlib.

Zheng həmçinin qeyd edib ki, gəlir artımı hətta nisbətən aşağı yaşayış səviyyəsi olan ərazilərdə də müşahidə olunub. Onun sözlərinə görə, stansiyalar dükanların və xidmət müəssisələrinin yanında yerləşdirilib – maşın enerji doldurarkən onun sahibi pul xərcləyir.

MIT News-un müəllifləri xatırladıblar ki, təkcə 2021-ci ildə ABŞ hakimiyyət orqanları enerji doldurma stansiyalarının infrastrukturunu genişləndirmək üçün 7,5 milyard dollar ayırıb. Ekspertlər hesab edirlər ki, stansiyalar şəbəkəsinin inkişafı özəl investorların töhfəsini tələb edir.

Avqustun ortalarında Çin avtomobil istehsalçısı Zeekr rekord qıran elektrik avtomobili doldurma texnologiyasından danışıb. Şirkətin mühəndislərinin fikrincə, yeni texnologiya elektromobili cəmi 11 dəqiqə ərzində 80 faiz enerji ilə doldurmağa imkan verəcək.