Elektrikli avtomobillərə keçid sürətlənirbackend

Elektrikli avtomobillərə keçid sürətlənir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə elektriklə işləyən avtomobillərə keçid sürətlənib və hər ay satışlar artır.

NOCOMMENT xəbər verir ki, yanvar-mart dövründə 8188 elektromobil satılıb. Bu, ümumi avtomobil satışlarının 4,6 faizini təşkil edib.

Türkiyədə elektrikli avtomobil satışları aydan-aya artmağa davam edir. Yanvar-mart dövründə Türkiyədə 8188 ədəd elektrik avtomobili satılıb. Bu dövrdə elektrik avtomobil satışları ümumi satışların 4,66 faizini təşkil edib.

Türkiyədə 100% elektriklə işləyən yerli avtomobil Togg istehsalının və infrastruktur və texniki imkanların təmin edilməsinin təsiri ilə elektrikli avtomobillərə keçid sürətləndi. Elektrikli avtomobil satışları hər ay artmaqda davam edir. Yanvar-mart dövründə Türkiyədə 8188 ədəd elektrik avtomobili satılıb. Üç aylıq dövrdə cəmi avtomobil satışı 175 min 421 oldu. Bu dövrdə elektrik avtomobillərinin ümumi satışlarda payı 4,66 faiz olaraq hesablanıb.