Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNATbackend

Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Emil Xəlilov “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Hüquqi təminat və sənədlərlə iş departametinin rəhbəri təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, Emil Xəlilov 2020-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü – Hüquqi təminat departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan öncə bank sektorunda çalışmışdır.

2007-2012-ci illərdə “DəmirBank” ASC-də hüquqşünas, daha sonra Baş hüquqşünas vəzifələrində çalışmışdır.

2012-2018-ci illərdə “Expressbank” ASC-də böyük hüquqşünas, Korporativ Hüquq şöbəsinin müdiri və Hüquq departamentinin direktoru vəzifələrində işləmişdir.

Qeyd etmək istərdik ki, Emil Xəlilov korporativ idarəetmə sahəsində zəngin təcrübəyə malikdir./Banco.az