Elektron viza üçün Rusiyaya ən çox müraciət edən ölkələr…backend

Elektron viza üçün Rusiyaya ən çox müraciət edən ölkələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin vətəndaşları son altı ayda Rusiyaya elektron viza almış xarici vətəndaşlar arasında liderdir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov məlumat verib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən may ayının ortalarına qədər ümumilikdə 178 minə yaxın vizadan 92 minə yaxını Çin vətəndaşlarına verilib.

Onların ardınca 14 min viza alan Almaniya vətəndaşları, 13 min viza verilən Türkiyə vətəndaşları gəlir. Konsulluq idarəsinin rəhbərinin sözlərinə görə, daha sonra Hindistan (10,5 min viza) və Səudiyyə Ərəbistanı (8,5 mindən çox viza) gəlir.