Ələt-Astara yolunda ağır qəza: 15-dən çox yaralı varbackend

Ələt-Astara yolunda ağır qəza: 15-dən çox yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

NOCOMMENT.az-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, “Mersedes” və “Hunday” markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən “Hunday” markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

Faktla bağlı araşdırma aparılır.