Ələt-Astara yolunda maşın yandıbackend

Ələt-Astara yolunda maşın yandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ələt-Astara yolu ilə hərəkət edən avtomobil qəfil yanmağa başlayıb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə magistralın 24-cü kilometrliyində qeydə alınıb.

Hərəkətdə olan “Ford Fusion” markalı minik avtomobili ön hissəsindən alışıb.

Hadisə yerinə polis və FHN əməkdaşları cəlb edilib. Avtomobildə olan şəxslərdən xəsarət alan olmayıb.

***

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Ələt-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində “Ford Fusion” markalı minik avtomobilinin yanması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları əraziyə cəlb edilib. Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın qısa müddətdə söndürlüb. Xəsarət alan yoxdur.