Ələt postundakı rüşvət iddiaları ilə bağlı AÇIQLAMAbackend

Ələt postundakı rüşvət iddiaları ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Koronavirus pandemiyası başlayandan bu günə qədər polis orqanları ön cərgədə olub, bu gün də xidmətlərini həyata keçirirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ələt postundan rayonlara gediş-gəlişə imkan yaradılması ilə bağlı sualı cavablanldırarkən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Ələt postunda pozuntularla bağlı istisna hallar varsa, bu barədə media yaza, müvafiq qurumlara məlumat verilə bilər: “Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan belə məlumatların hər birini konkret araşdırır. Təəssüf ki, paralel yolların açılmasını, hətta ekskavatorla qazılmış yolların doldurulması barədə görüntüləri görmüşük. Hər bir qayda hər bir dövlət işçisi üçün vacibdir. Biz özümüz ilk növbədə qaydalara riayət etməliyik. Mən də qaydalara riayət etməyə çalışıram”.
APA