Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri İsi Mustafayevə yeni müşavir təyin edilib.
NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Sübhan Kazımov 04.09.2024-cü il tarixindən İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
“Azərpoçt” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afaq İbrahimova xəbərimizi təsdiqləyib.
Qeyd edək ki, ötən ay Sübhan Kazımov “Azərpoçt” MMC-nin İdarə Heyətinin üzvlüyündən azad edilib. O, 2022-ci ilin may ayına qədər “Azərpoçt” MMC-nin baş direktorun müavini, sözügedən qurumda idarəetmə forması dəyişdikdən sonra İdarə Heytənin üzvü olub.
Xatırladaq ki, Sübhan Kazımov Yeni Azərbaycan Partiyasının və Milli Məclisin sədr müavini Əli Əhmədovun bacısı oğludur.