Əli Əliyevin şikayəti təmin olunmadıbackend

Əli Əliyevin şikayəti təmin olunmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin məhkəməsi keçirilib.

NOCOMMENT xəbər verir ki, məhkəmə birinci instansiyanın qərarını dəyişdirmədən saxlayıb. Bununla da Əli Əliyev barəsindəki həbs qərarı qüvvədə qalıb.

Qeyd edək ki, Ə.Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun sağ qalmasının mümkün olmadığını demişdi. Bundan sonra DSX-nin zabitləri partiya sədrinə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət vermişdilər.

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Ə.Əliyev 5 ay müddətə azadlıqdan məhrum edilmişdi.