Aya Sofya məscidində 87 il sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.
NOCOMMENT.az Axar.az-a istinadən xəbər verir ki, bayram namazını Türkiyə Respublikasının Diyanət İşləri Sədri Əli Ərbaş qıldırıb.
Bayram namazında maraqlı an Ərbaşın minbərə qılıncla çıxması olub.
Xatırladaq ki, Aya Sofya 1934-cü ildə İstanbulun fəthindən sonra muzeyə çevrilib. 1934-cü ilə qədər məscid olan Aya Sofya Məscidi 86 illik muzey funksiyasından sonra 24 iyul 2020-ci ildə yenidən ibadətə açılıb.