Əli Əsədov BP qrupunun baş icraçı direktoru ilə telefonla danışıbbackend

Əli Əsədov BP qrupunun baş icraçı direktoru ilə telefonla danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NOCOMMENT-ə verilən məlumata görə, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.