Əli Həsənov Azərbaycan Nəşriyyatının ərazisini ZƏBT EDİBbackend

Əli Həsənov Azərbaycan Nəşriyyatının ərazisini ZƏBT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin sabiq köməkçisi Əli Həsənov 2006-2007-cı illərdə Azərbaycan Nəşriyyatının ərazisini zəbt edərək özünə bina tikdirib.

Hazırda Beynəlxalq Mətbuat Mərkəzinin yerləşdiyi bina Azərbaycan Nəşriyyatının ərazisində yerləşir.

Əli Həsənov Prezident Administrasiyasının şöbə müdiri vəzifəsində çalışan zaman Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovdan həmin ərazini istəyib və sözügedən ərazidə bir neçə bina inşa etdirib. Onlardan biri isə indiki Beynəlxalq Mətbuat Mərkəzi adlanan binadır.

NOCOMMENT xəbər verir ki, demokrat.az məsələ ilə bağlı Azərbaycan Nəşriyyatının baş direktoru Ağabəy Əsgərovun fikirlərini öyrənib.

Baş direktor açıqlamasında Əli Həsənovun nəşriyyatıın ərazisinin bir hissəsini zəbt etməsini təsdiqləyib.