Əli Həsənov DANIŞDI: Oktyabrın 1-dən Bakıdayam, məni…backend

Əli Həsənov DANIŞDI: Oktyabrın 1-dən Bakıdayam, məni…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov Türkiyədən “əli qandallı Bakıya gətirilməsi” barədə xəbərə münasibət bildirib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Əli Həsənov sosial şəbəkədə haqqında yayılan xəbəri dezinformasiya adlandırıb.

O, bir sıra saytları Azərbaycan cəmiyyətini çaşdırmaqda suçlayıb.

Prezident Administrasiyasının sabiq şöbə müdiri “Əli Həsənov tutularaq Azərbaycana gətirildi” başlıqlı xəbəri növbəti yalan adlandırıb.

Əli Həsənov bir neçə aydır ki, Azərbaycanda olduğunu qeyd edib:

“Məlumat verirəm ki, mən oktyabr ayının 1-dən Bakıdayam, ev şəraitində müalicə olunuram və yaradıcılıq fəaliyyətimi də davam etdirirəm. Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar”.