Əli Həsənov feysbukdan niyə getdi…backend

Əli Həsənov feysbukdan niyə getdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlara qədər tez-tez feysbukda müxtəlif paylaşımlar edən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənov artıq sosial şəbəkədə gözə dəymir.

Qeyd edək ki, Ə.Həsənov feysbukda ölkə əhəmiyyətli hadisələrinə münasibət bildirməklə gündəmdə qalmağa çalışırdı. Bəs sabiq müdiri niyə susur?

NOCOMMENT xəbər verir ki, modern.az saytına məlum olub ki, Əli Həsənov feysbukdakı profilini dondurub. Bu səbəbdən də onun sosial şəbəkədəki aktivliyi müşahidə olunmur.

Doğrudur, feysbukda Ə.Həsənova məxsus bir səhifə var, amma orada sonuncu paylaşım 13 iyul tarixində edilib və o vaxtdan bəri yenilənmə olmayıb.

Əli Həsənov 1995-ci ildən 2019-cu ilə kimi Prezident Adminstrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sonuncu dəfə onun adı KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərlinin cinayət işi üzrə keçirlən məhkəməsində hallandırılıb.