Əli Həsənovdan iki dəfə əxlaqsızlıq nümunəsi olan Kuklaları dayandırmağını istədimbackend

Əli Həsənovdan iki dəfə əxlaqsızlıq nümunəsi olan Kuklaları dayandırmağını istədim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əli Həsənovun Facebook səhifəsində paylaşdığı statusu oxudum. İnsan nə qədər hiyləgər, saxta, ləyaqətsiz olar ki, açıq-aşkar əməllərini inkar etsin”.

NOCOMMENT xəbər verir ki, bunu hüquqşünas Aslan İsmayılov Prezidentin keçmiş köməkçisi Əli Həsənovun ötən gün sosial şəbəkədə yazdığı açıqlamaya münasibət bildirərkən deyib.

A.İsmayılov bildirir: “Ə.Həsənov yazır ki, “mənim doğma Azərbaycanım, doğma xalqım və öz Prezidentim İlham Əliyev var!” Vəzifəyə təyin olunduğu gündən Azərbaycanın maraqlarını ona orden-medal verənlərə satan, bu xalqa düşmən kəsilən, adət-ənənəsini, mənəviyyatını məhv etməyə çalışan, öz trolları vasitəsilə Prezident İlham Əliyev və ailəsini təhqir etdirən şəxs utanmadan bu yalanları yazır.

Sonra davam edir ki, “bütün mənalı həyatımda çalışmışam ki, qarşıma çıxan müsibət qarşısında mətanət, cəhalət qarşısında mərifət, kin-küdrət və qəzəb qarşısında mərhəmət, pislik qarşısında xeyirxahlıq nümayiş etdirim”. Öz müəllimi Ramiz Mehdiyev kimi həyatda olduğunun tam əksi kimi özünü təqdim etməyə çalışır. Başqalarını demirəm, bunun etdikləri pisliklərin yüzlərlə, minlərlə dəfə şahidi olmuşam və bacardığım qədər ifşa etmişəm. İlk dəfə 2005-ci ilin iyun, iyul aylarında şəxsən özüm 2 dəfə zəng edib “Kuklalar” verilişinin bir əxlaqsızlıq nümunəsi olduğunu bildirib yığışdırılmasını xahiş etmişəm. Hər dəfə belə verilişlərin inkişaf etmiş bütün ölkələrdə olduğunu bildirib. 2005-ci ilin avqust ayında Gülüstan Sarayında yüzlərlə dövlət xadimlərinin, jurnalistlərin yanında Prezident İlham Əliyevə “Kuklalar” verilişi barədə məlumat verib onun qapadılmasını xahiş etmişəm. Ancaq elə oradaca Prezidentdən göstəriş alan Ə.Həsənov iki gün sonra verilişi qapatdı. Bütün TV-lərdə meydan sulayan əxlaqdan tamam uzaq olan “ulduzlar” məhz Əli Həsənovun adamları idi. Artıq bir ildir ki, TV-ləri həmin zibillərdən təmizləyib qurtara bilmirlər.

Sonda yazır: “Yalnız vicdanı olan hər kəsdən hazırkı vəziyyətimdə bir xahişim var: İmkan verin özümə və ailəmə bəs edəcək dərdlərimlə baş-başa qalım!” Bəli, Ə.Həsənovun bu gün başı dərddədir. Ancaq bu dərd Azərbaycan xalqının çəkdiyi çörək pulu, həkim, dərman pulu dərdlərindən deyil. Bu, birdən-birə qapançıdan milyarderə çevrilmiş, Administrasiyada 6 xidməti maşın saxlayan bir acgözün varidatını itirmək qorxusudur! Bu, hələ də anlamayıb ki, həyat çox ədalətlidir. Hər pisliyin cavabını vermək lazımdır!

Başqalarını bilmirəm, ancaq 4 il ərzində mənə yaşatdıqları zülmləri, təhqirləri, 3 dəfə məhkum olunmağımı, dəfələrlə DİN, DTX, Respublika Prokurorluğunun rəhbərlərinə şəxsən zəng edib mənim həbsimi tələb etməyini Ə.Həsənova bağışlayan deyiləm! Özü də bunu qisasçılıq hissi deyil, içimdə olan ədalət hissi tələb edir, çünki onun yüzlərlə məni kimilərinə zülm etdiyini bilirəm. Bu gün də onlar qorxurlar, ona görə də susurlar. Ə.Həsənov bu gün göründüyü kimi yazıq birisi olmayıb. Cılız, riyakar, xəsis olduğu qədər də qəddar, hiyləgər, amansız olub, heç vaxt içində rəhm, ədalət hissi olmayıb.

Bu gün Ə.Həsənov kimiləri bütün əməllərinə görə qanun qarşısında tam cavab verməlidir ki, gələcək məmurlara da görk olsun. Hamı bilsin ki, cinayət cəzasız qalmır. Bu günün özündə onun xüsusi reyslə İstanbula uçmağı, lyuks həyatını davam etdirməsinin özü də qanunsuzluqdur, ədalətsizlikdir. Belələrinə yenidən qapançı həyatının daddırmaq lazımdır ki, heç olmasa Allahını tanısın”.