Əli Həsənovdan Vüqar Səfərlinin saxlanılmasına ilk REAKSİYAbackend

Əli Həsənovdan Vüqar Səfərlinin saxlanılmasına ilk REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən Vüqar Səfərlinin saxlanılması haqqında danışmaq istəmirəm. Bu barədə açıqlama vermək niyyətim yoxdur”.

NOCOMMENT xəbər verir ki, bunu azpolitika-ya Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sabiq rəhbəri Əli Həsənov bildirib.

Xatırladaq ki, bu gün ləğv olunmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş sədri Vüqar Səfərli həbs edilib. Onun barəsəində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan mühüm zərər vurulmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 308-2.4 (satınalma prosedurları keçirilmədən külli miqdarda ziyan vurmaqla dövlət vəsaitlərini xərcləmə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Ehtimal var ki, bu cinayət işi üzrə həbslər davam etdirləcək, KİVDF ilə əlaqələri olan keçmiş dövlət məmurları, o cümlədən Fondun fəaliyyətini kurasiya etmiş Əli Həsənov da məsuliyyətə cəlb edilə bilər.