Əli Həsənovun baldızının keçmiş şirkəti məhkəməyə verilibbackend

Əli Həsənovun baldızının keçmiş şirkəti məhkəməyə verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Portos” MMC ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən kassasiya şikayəti verib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə məlumat Ali Məhkəmədə keçirilən prosesdə elan olunub.

Bildirilib ki, MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. Buna görə də iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Proses qeyri-müəyyən günədək təxirə salınıb.

Xatırladaq ki, “Portos” MMC daha əvvəl Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun baldızı Gülər Vəliyevanın adına olub. Daha sonra şirkətə Nadir Məmmədov rəhbərlik edib.

MMC “Jurnalistlər binası”nın tikintisində podratçı şirkət olub.