Əli Həsənovun ət işinə baxan yaxın qohumu kimi insanlar kitab şəbəkələrinə rəhbərlik etməməlidir – ETİRAZbackend

Əli Həsənovun ət işinə baxan yaxın qohumu kimi insanlar kitab şəbəkələrinə rəhbərlik etməməlidir – ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkənin kitab təbliğatçısı Şahbaz Xuduoğlu Gəncənin Kitab Sərgisinə hazır olmadığını yazıb. O bunu adam azlığı, kitabla maraqlananların olmaması ilə əlaqələndirib.  

NOCOMMENT.az xəbər verir ki, Şahbaz Xuduoğlunun yazdıqlarını şərh edən millət vəkili Etibar Əliyev bundan təəccüblənmədiyini deyib: “Mən Gəncə şəhər İcra hakimiyyətinin başçısı ilə söhbətdən görmüşəm ki, o adamın kitabla heç bir əlaqəsi yoxdur. Bu günlərdə yolum Sumqayıta düşmüşdü. Şəhəri iki saatdan çox gəzdim, lakin kitab mağazasına rast gəlmədim. Soruşdum, amma yerini bilən olmadı. Kitabın təbliğatı yoxdur. Gənc nəslin yeganə bilik mənbəyi kitab olmalıdır.  Və bunun üçün də ilk növbədə kitab olmalıdr. Bir neçə gün əvvəl Suraxanı gəncləri ilə  görüşümdə onların mütaliəsini yoxlamaq istədim. İki nəfər detektiv əsər oxuduğunu söylədi.  Çox az kitab istisna olmaqla kitabların böyük əksəriyyəti rus dilindən tərcümə olunur. Elmin populyarlaşdırılması çox aşağı səviyyədədir. Bizim alimlər bunu bacarmırlar”.

Qancıq” sözündə iyrənc olan heç nə yoxdur” – Etibar Əliyevlə MÜSAHİBƏ »  Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və  müsahibələrin tək ünvanı

Millət vəkili əlavə edib ki, Bakıda olduğu kimi iri şəhərlərdə də kitab mağazalarının yerləri satılıb: “Bakıda 2 böyük kitab mərkəzinin yeri heç yadımdan çıxmır. “Kitab evi” və “Kitab passajı.” Onların yanından keçəndə yalnız təəssüflənə bilirsən. Bakıda iki böyük və yaraşıqlı kitab mərkəzlərinin missiyası “Kitab evi” və “kitab passajı” nın missiyası ilə üst-üstə düşə bilməz. Çünki əvvəlkilər dövlətin kitab mağazaları idi. Və zaman göstərdi ki, bu sahə də dövlətin qanadı altında olmalıdır. Lakin Əli Həsənovun vaxtilə ət işinə baxan yaxın qohumuna bənzər insanlar Kitab şəbəkələrinə rəhbərlik etməməlidirlər”.

konkret.az