Əli Həsənovun oğlu məhkəməyə verildibackend

Əli Həsənovun oğlu məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərkosmos Açıq Səhmdar Cəmiyyəti (ASC) Kaspi Qlobal Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, məhkəmə baxışı bu gün – 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.

Məhkəmə iddiasının müqavilə tələbini ilə əlaqəli olduğu bildirilir.

Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilənın Kaspi Qlobal MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.

Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən Kaspi Qlobal MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.