Əli Həsənovun qəzeti də əlindən rəsmən alındıbackend

Əli Həsənovun qəzeti də əlindən rəsmən alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kaspi” qəzetinin təsisçisi dəyişib.

NOCOMMENT bakupost-a istinadən xəbər verir ki, artıq qəzetin təsisçisi “Qlobal” Media Qrupudur və bu, qəzetin rekvizitində də rəsmiləşib.

Qəzetin dizaynı və imkanları da genişlənib. Hələlik həftəlik çıxan qəzet yaxın günlərdə yüksək keyfiyyətlə gündəlik nəşr olunacaq. “Kaspi”nin dünyanın məşhur nəşrləri səviyyəsində təqdim olunacağı planlaşdırılıb. Qəzet hazırda tanınmış idman jurnalisti Natiq Muxtarlının baş redaktorluğu ilə işıq üzü görür.

Ancaq daxil olan məlumata görə, bu post başqa şəxsə həvalə olunacaq.

Qeyd edək ki, “Kaspi” qəzeti Prezidentin sabiq köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçiliyi ilə dərc olunurdu. Ə.Həsənov vəzifədən getdikdən sonra qəzet maddi çətinliklə üzləşmiş və fəaliyyətini dayandırmışdı.