Əli Həsənovun qızı işdən çıxarıldıbackend

Əli Həsənovun qızı işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidenin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva (Həsənova) Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasındakı işindən azad olunub.

NOCOMMENT xəbər verir ki, yeniavaz-ın əldə etdiyi məlumata görə, “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında işləyən müəllimlərdən yalnız Səfiyə Möhbalıyeva işdən azad olunub. Aralarında 2 millət vəkili – Elman NəsirovMusa Qasımlının da olduğu kafedranın digər müəllimləri öz vəzifələrində saxlanılıblar.

Qeyd edək ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasına 20 il Əli Həsənov rəhbərlik edib və qızını da həmin kafedranın müəllimi vəzifəsinə təyin edib.

Əli Həsənovun 1990-cı ildə anadan olan qızı Səfiyə Möhbalıyeva “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi olmaqla bərabər, eyni zamanda “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədr müavini olub. Qeyd olunan İctimai Birliyin sədri isə “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının müəllimi Elçin Əhmədovdur.

Məlumat üçün bildirək ki, Əli Həsənovun qızı Səfiyə Möhbalıyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbalıyevin oğlu – Qaradağ rayon Polis İdarəsinin keçmiş rəisi, polkovnik İsfəndiyar Möhbalıyevin həyat yoldaşıdır.

Universitetin rektorantlığından NOCOMMENT-ə verilən məlumata görə, Səfiyə Möhbalıyeva öz istəyi ilə işindən ayrılıb: “Səfiyə xanım öz istəyi, öz xoşu ilə ərizəsini yazıb, işdən ayrılıb”.