Jurnalistlər yazır ki, baş ideoloq Əli Həsənov 2 milyard dollar oğurlayıb. Görün Azərbaycanın ideologiyası nə qədər zəngin və tükənməzdir?! Əsil auksion imiş – prinsiplər, meyarlar, senzura… Sata-sata varidat topla. Lakin və amma!
NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Eynulla Fətullayev özünün Facebook sosial şəbəkəsində bildirib.
Əli Həsənov məşhur Zoluşkanın həyatını təkrar edib. Bal gecəsi bitdi, fayton balqabağa – sürücülər isə siçovullara çevrildi, Ermenegildo Zegno kostyumunda fors verən Əli müəllim bir də gördü ki, 1990-ci ildə Şərurun bazarında nisyə aldığı qaloşlarda qalıb.
Hə, az qala unutmuşdum. Əli Həsənovla ilk dəfə 1994-cü ildə YAP-ın Yasamalda yerləşən əski qərargahının önündə tanış oldum. Rəhmətlik Mirkazımla köhnə yaşıl rəngdə 011 markalı Jiqulini xoda salmağa çalışırdı. Alınmırdı ki alınmırdı. Sonra onu Ramiz Mehdiyev çağırdı… Bal gecəsinə. Siçovul güclü və yaraşıqlı ideoloqa çevrildi.
İbrət götürmək lazımdır!