Əli Heydərovun qatili danışdı: Sifarişli deyil – VİDEObackend

Əli Heydərovun qatili danışdı: Sifarişli deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın İstintaq Komitəsi Alik Rıjiy ləqəbli qanuni oğru Əli Heydərovun qatilinin dindirilməsi videosunu yayımlayıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, saxlanılan şəxsin adı Mətləb Sultanovdur. O, Moskvadakı İstintaq İdarəsinə gətirilib. Şübhəli şəxs qətlə görə tutulduğunu etiraf edib.

Eyni zamanda, Mətləb Sultanov qətlin sifarişli olduğunu danıb. Onun sözlərinə görə, Alik Rıjiy onu söyüb, insident də buna görə baş verib. Sultanov cinayəti pul müqabilində törətdiyini inkar edir.

Əli Heydərov aprelin 12-də günortadan sonra Aviasiya küçəsindəki fitness klubunda güllələnib. Sonra qatilin 26 saylı avtobusla hadisə yerini tərk etdiyi məlum olub. Dağıstan əsilli 56 yaşlı sürücü kabinəsində tapança tapdığını bildirib.