Əli İnsanovun gizli planı: Şok detallarbackend

Əli İnsanovun gizli planı: Şok detallar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haqq və Ədalət Partiyasının (HƏP) sədri, sabiq səhiyyə naziri Əli İnsanovun partiya sədrləri ilə aktiv müzakirələrə başlaması siyasi çevrələrdə birmənalı qarşılanmayıb.

Ömrünün səkkizinci onilliyini xırdalayan qocaman siyasətçinin ölkənin siyasi həyatında durğunluğun hökm sürdüyü bir vaxtda qəfildən fəallaşması çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub.

NOCOMMENT yenisabah-a istinadən xatırladır ki, Əli İnsanov ötən həftə ərzində əvvəl Müsavat başqanı Arif Hacılı, sonra isə VİP sədri Əli Əliyevlə görüşdü. Onun siyasi partiya sədrləri ilə görüşləri bu həftə də davam etdirəcəyi bildirilir.

HƏP sədrinin qəfildən fəallaşması nə ilə bağlıdır? Obrazlı desək, onu qapı-qapı düşməyə nə vadar edir?

HƏP funksionerlərindın biri saytımıza Əli İnsanovun siyasi fəallığı artırmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, üzvü olduğu partiyanın Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınması təmsil olunduğu düşərgədə xoş əhval-ruhiyyə yaradıb.

Mənbə deyib ki, Əli İnsanov əlinə düşən fürsətdən istifadə edib özünün və partiyasının piarını aparır. YAP-ın dövlət qeydiyyatına alınması münasib fürsətdir və İnsanov bunu əldən vermək istəmir.

Məlumatlı şəxs bildirib ki, Əli İnsanov yaşın qazandırdığı üstünlükdən maksimum yararlanmaq istəyir. Onun “qollarını çırmamaqda” əsas məqsədi nüxalif düşərgənin ağsaqqalı statusuna yiyələnməkdir.

İnsanov bundan sonra aparıcı müxalifət partiyalarının iştirakı ilə yeni siyasi blok yaratmaq istəyir.

Blokda bir araya gələcək siyasi partiyaların timsalında müxaluf düşərgəyı rəhbərlik etmək onun başlıca məqsədidir.

Yeni siyasi blok İnsanovun nəyinə lazımdır? O, hakimiyyət opponentlərini bir araya gətirməklə nəyə nail olmaq istəyir?

Mənbə bu suala da aydınlıq gətirib. Qeyd edib ki, HƏP sədri müxalifət təmsilçiləri ilə görüşdə hakimiyyət iddiasını ustalıqla gizlədə bilir. O, hər təmasda özünü “bu dünyada sayılı günləri qalan qoca” kimi təqdim edir. Bununla da müxalif həmkarlarının onunla daha rahat dialoq aparmasına nail olur.

Əslində isə İnsanovun bir nömrəli hədəfi hakimiyyətə yiyələnməkdir. Bütün siyasi təmasları da buna xidmət edir. Tərəfdaşının sözlərinə görə, HƏP sədri bu məqsədinə heç kimin ağlına gəlməyəcək üsullarla nail olmaq istəyir. Belə ki, o, müxalif düşərgənin geniş tərkibli koalisiyasını yaradandan sonra ordakı adamları şirnikləndirici vədlər və pul gücünə öz tərəfinə çəkmək istəyir. Bir qədər də açıq desək, İnsanov müxalifətin başbilənlərini bir araya yığıb sonra onların hamısını pul gücünə öz tərəfdarına çevirmək niyyətindədir. Əks düşərgədə maddi problemlərin hökm sürdüyünü yaxşı bilən keçmiş nazir bu niyyətinə asanlıqla nail olacağını düşünür.