Əli Məsimli: Heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmırbackend

Əli Məsimli: Heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda heç kim inhisar hesabına yaranan inflyasiyadan danışmır. Qiymət artımının neçə faizi xaricdən idxal olunur, neçə faizi sünidir?”

NOCOMMENT xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli deyib.

O, həmçinin əlavə edib ki, ölkədə iqtisadi artım templərinin artırılması istiqamətində işlər görülməlidir.

“Dünyada həyata keçirilən sərt siyasət iqtisadi artımı azaldır. Artıq Azərbaycanda da iqtisadi artımın azaldığını müşahidə edirik. Son illər büdcənin neftdən aslılığının azaldılması istiqamətində addımlar atılır. Amma belə davam etsə, biz yenidən Dövlət Neft Fondundan əlavə vəsait alınması üçün müraciət edəcəyik”, – deyə o qeyd edib.