Əli Məsimli: İnsanları işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlərbackend

Əli Məsimli: İnsanları işdən çıxmaq barədə ərizə yazmağa məcbur edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin dekabrın 14-də keçirilən Plenar iclasında “İşsizlikdən sığorta haqqında Qanunda qəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət,sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib.

NOCOMMENT.az xəbər verir ki, Əli Məsimli bildirib ki, əvvəllər işdən çıxarılan şəxs son əmək haqqının müəyyən faizi məbləğində 6 ay işsizlık müavinəti ala bilirdi. İndi bu qayda yalnız müəssisə tərəfindən işdən azad edilən şəxslərə şamil edilir. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, öz ərizəsi ilə işdən çıxan şəxs Məşğulluq xidmətindən işsizlikdən sığorta haqqı, yəni işsizlik müavinəti ala bilməz. Qanunvericilikdəki bu məqamdan istifadə edərək işdən çıxarılan insanlara heç bir müavinət verməməkdən ötrü, guya öz ərizsi ilə işdən azad edirlər. Bunun ən pis nümunəsi 2020-ci ildə,yəni pandemiyanın tüğyan etdiyi bir vaxtda baş verib. 2020-ci ildə,Azərbaycanda 327 425 nəfər işdən çıxıb. Onun 5107 nəfəri,yəni cəmi 1,6 faiz işçilərin sayının və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işdən çıxanlardır.Bu kateqoriyaya aid olanların bir hissəsinə işsislikdən sığorta haqqı ödənilib. Amma pandemiyanın tüğyan etdiyi 2020-ci ildə işdən çıxmış şəxslərin guya 267900 nəfəri və ya 82 faizi öz ərizəsi ilə işdən çıxıb.

Həmin insanların işdən çıxmağının obyektiv səbəbi aydındır və onların az bir qismini təşkil edir. Qalanları isə onlara işsizlikdən sığorta haqqı ödənilməsin deyə müxtəlif bəhanələrlə işdən çıxarılıb. Bu qədər insan, xüsusən də pandemiyanın tüğyan etdiyi, həyatın ağırlaşdığı bir vaxtda öz ərizəsi ilə işdən çıxa bilməz. İşçilərin xeyli hissəsi müxtəlif bəhanələrlə işdən çıxması barədə ərizə yazmağa məcbur edilib. Bu insanlar pandemiyanın ağır dövründə heç bir ödəniş edilmədən taleyin hökmünə buraxılıb. Bu istiqamətdə dərin araçdırmaların aparılmasına və tədbirlər grülməsinə ehtiyac var. Həmin vaxt 267900 insanın öz ərizəsi ilə işdən çıxması inandırıcı deyil. Pandemiya dövründə belə hərəkətin edilməsi qəbuledilməz hesan edirəm.