Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdibackend

Əlillərin dərmanla təmin olunması qaydası müəyyənləşdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nı təsdiq edib.     

NOCOMMENT.az xəbər verir ki, bu Qayda əlilliyi olan şəxslərin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqların (əlilliyi olan şəxslər) dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması qaydasını tənzimləyir.

Bu Qayda əlilliyi olan Azərbaycan vətəndaşlarına və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilir. Əlilliyi olan şəxslər bu Qaydaya əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları ilə Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicə-profilaktika müəssisələrində ( tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. Həmin tibb müəssisələrinin siyahısı onların maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması və göstərdikləri xidmətin əhaliyə əlçatanlığı nəzərə alınmaqla müəyyən edilir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir.

Əlilliyi olan şəxslərə dərman preparatları bu Qaydayaya əlavə ilə müəyyən edilmiş “Pulsuz dərman resepti blankının forması” (resept) əsasında verilir. Tibb müəssisələrini dərman resepti blankı ilə Səhiyyə Nazirliyi təmin edir. Əlilliyi olan şəxslər və ya onların qanuni nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədlə tibb müəssisəsinə müraciət etdikləri gün reseptlə təmin edilirlər. Bir reseptdə yalnız bir dərman preparatı yazılır. Ambulator müalicə ilə əlaqədar verilən dərman prepa- ratlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisə lərinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Dövlət tibb müəssisələri və reabilitasiya müəssisələrində Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə nəzərdə tutulan tibbi xidmətlər əlilliyi olan şəxslərə icbari tibbi sığorta vəsaitləri hesabına göstərilir. Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslərə bu Qaydada və Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tibb müəssisələrində əlilliyi olan şəxslər üçün dövlət büdcəsi hesabına həyata keçirilməyən tibbi xidmətlərin növləri”ndə nəzərdə tutulmuş tibbi xidmətlərdən əlavə digər tibbi xidmətlər müvafiq olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik), Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndərişləri əsasında dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı

 

Sıra

№-si

Dərman preparatlarının adı (beynəlxalq patentləşdirilməmiş

adı və qrup adı)

 

Buraxılış forması

Ağrıkəsicilər və qeyri-steroid iltihabəleyhinə dərman vasitələri
1. Diklofenak tablet, məlhəm
2. Ketorolak tablet, inyeksiya üçün məhlul
3. Etorikoksib tablet
4. Meloksikam tablet
5. İbuprofen tablet, suspenziya
Allergiya əleyhinə dərman vasitələri
6. Xloropiramin tablet
7. Setirizin tablet
8. Difenhidramin tablet,inyeksiya üçün məhlul
Ürək damar sistemi üçün dərman vasitələri
9. Amiodaron tablet
10. Amlodipin tablet
11. Enalapril tablet
12. Kaptopril tablet
13. Kandesartan tablet
14. Lizinopril+ Hidroxlortiazid tablet
15. Perindopril+İndapamid tablet
16. Metoprolol tablet
17. Bisoprolol tablet
18. İnozin tablet

 

 

19. Trimetazidin tablet
20. Diqoksin tablet
 

21.

Maqnezium aspartat+kalium aspartat  

tablet

22. Korvalol damcı
23. İzosorbid dinitrat tablet
24. Atorvastatin tablet
Beyin və periferik qan dövranını yaxşılaşdıran dərman vasitələri
25. Nimodipin tablet
26. Sinnarizin tablet
27. Pirasetam tablet, inyeksiya üçün məhlul
28. Serebrolizin inyeksiya üçün məhlul
29. Niserqolin tablet
30. Alfa lipoy turşusu tablet, inyeksiya üçün məhlul
31. Aktovegin inyeksiya üçün məhlul
32. Pentoksifillin tablet
Antiaqreqant, antikoaqulyant dərman vasitələri
33. Asetilsalisil turşusu tablet
34. Klopidoqrel tablet
35. Varfarin tablet
Sidikqovucu dərman vasitələri
36. Furosemid tablet
37. Spironolakton tablet
Həzm sisteminə təsir edən dərman vasitələri
38. Pankreatin tablet, kapsul, draje
39. Omeprazol kapsul
40. Lansoprazol kapsul
41. Metoklopramid tablet
 

42.

Aluminium hidroksid+ maqnezium hidroksid  

suspenziya, tablet

43. Drotaverin tablet
44. Ursodeoksixol turşusu tablet, kapsul

 

 

Tənəffüs sisteminə təsir edən dərman vasitələri
45. Asetilsistein tablet
46. Salbutamol inhalyasiya üçün
47. İpratropium bromid+fenoterol inhalyasiya üçün
48. Salmeterol+flutikazon inhalyasiya üçün
Sinir-əzələ sisteminə təsir edən dərman vasitələri
49. Piridostiqmin bromid tablet
50. İpidakrin tablet
Vitamin və minerallar
51. Piridoksin hidroxlorid inyeksiya üçün məhlul
52. Tiamin xlorid inyeksiya üçün məhlul
53. Sianokobalamin inyeksiya üçün məhlul
54. Nikotin turşusu inyeksiya üçün məhlul
55. Polivitaminlər tablet, inyeksiya üçün məhlul
56. Kalsium duzları tablet
57. Xolekalsiferol damcı, tablet
Antimikrob dərman vasitələri
58. Amoksisillin +klavulon turşusu tablet, suspenziya
59. Sulfosalazin tablet
60. Azitromisin tablet, suspenziya
Oftalmoloji dərman vasitələri
61. Timolol damcı
 

62.

Adenozin+sitoxrom+ nikotinamid  

damcı

Hormonal dərman vasitələri
63. Metilprednizolon tablet
64. Desmopressin asetat sprey, tablet
65. Somatotropin inyeksiya üçün məhlul
66. Nandrolon inyeksiya üçün məhlul
67. Prednizolon tablet
68. Budezonid sprey

 

 

69. Betametazon krem.məlhəm
70. Deksametazon inyeksiya üçün məhlul
Epilepsiya əleyhinə dərman vasitələri
71. Qabapentin kapsul
72. Levetirasetam tablet
73. Valproy turşusu duzları tablet, kapsul, şərbət
74. Karbamazepin tablet
75. Benzobarbital tablet
76. Topiramat kapsul
77. Fenobarbital tablet
78. Lamotrigin tablet
Bazis iltihab əleyhinə (immunosupressiv) dərman vasitələri
79. Azatioprin tablet
80. Everolimus tablet
81. Takrolimus kapsul
82. Sirolimus tablet
83. Siklosporin kapsul
84. Mikofenolat mofetil tablet, kapsul
85. Metotreksat tablet
Parkinsonizm əleyhinə dərman vasitələri
86. Levodopa+Karbidopa tablet
87. Levodopa+Karbidopa+Entakapo tablet
88. Triheksifenidil tablet
Mərkəzi təsirli miorelaksantlar
89. Tolperizon tablet
90. Baklofen tablet
Depressiya əleyhinə dərman vasitələri
91. Duloksetin kapsul
92. Amitriptilin tablet, inyeksiya üçün məhlul
93. Essitalopram tablet
94. Klomipramin tablet

 

 

Antipsixotik dərman vasitələri
95. Haloperidol tablet, inyeksiya üçün məhlul
96. Klozapin tablet
97. Levomepromazin tablet
98. Perfenazin tablet
99. Perisiazin kapsul
100. Risperidon tablet, məhlul
101. Ketiapin tablet
102. Flufenazin inyeksiya üçün məhlul
 

103.

 

Sulpirid

tablet, kapsul, inyeksiya üçün məhlul
104. Trifluoperazin tablet
105. Xlorprotiksen tablet
106. Aripiprazol tablet
107. Xlorpromazin tablet, draje
Trankvilizəedici dərman vasitələri
108. Alprazolam tablet
109. Diazepam tablet, inyeksiya üçün məhlul
110. Fenazepam tablet
111. Klonazepam tablet
112. Hidroksizin tablet
113. Zopiklon tablet
Opioid analgetiklər
114. Fentanil transdermal
115. Morfin ampul
116. Omnopon ampul
117. Tramadol kapsul, ampul
118. Trimeperidin ampul