Əlillərin pensiyasında artımlar olacaqbackend

Əlillərin pensiyasında artımlar olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni əlillik meyarlarə bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.

NOCOMMENT xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Sosial saat”da deyib.

O, bildirib ki, məsələn, birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi:

“Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az – 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Belə ki, bir sıra meyarlarda artımlar ediləcək”.