Əlillik dərəcələri LƏĞV EDİLİRbackend

Əlillik dərəcələri LƏĞV EDİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlilliyi olan şəxslərlə bağlı qanunvericilikdə fundamental dəyişikliklər edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev mətbuata verdiyi müsahibəsində bildirib.

Deputat qeyd edib ki, əlilliyinin təyin olunması ilə bağlı ciddi narahatlıqlar, narazılıqlar var idi. Vətəndaşların və bu məsələlərə cavabden olan strukturun da müəyyən məsələlərdə fikirləri üst-üstə düşmürdü. Bu da əlillik dərəcələrinin ləğv edilməsinə, şəffaflığınnı təminatına şübhələr yaradırdı. Bu məsələ ictimaiyyəti, hökuməti və qanunverici orqanı narahat edirdi:

“Yeni qanunlarda isə beynəlxalq aləmdə təbiq olunan əlilliyin təyin olunması, qiymətləndirilməsi üsullarından istifadə olunacaq. Daha 3 əlillik dərəcəsi deyil, 30 faizdən, 100 faizə qədər orqanizmin funksiyalarının pozulması əsas götürülməklə faizlərlə əlillik təyin olunacaq. Bu həm əlilliyə çıxmaq spektorlarını genişləndirəcək, vətəndaşlarımızın diaqnozları olduğu halda asan şəkildə əlillik alması imkan yaranacaq. Eyni zamanda bu sahədə tamam şəffaflığa yol açılacaq. Çünki əlillik dərəcəsi ilə bağlı faizlər, diaqnozlar aidiyyatı nazirliyin saytında yerləşdiriləcək. Hər bir vətəndaş artıq öz diaqnozunu bildikdən sonra ona hansı faizdə əlillik dərəcəsi təyinatı haqqında məlumatlı olacaq. Bu da indiyə qədər olmuş bürokratik əngəllər və digər mənfi halların aradan qalxmasına şərait yaradacaq.”