Əlillik müddəti bitənlər nə etməlidir? – Nazir açıqladıbackend

Əlillik müddəti bitənlər nə etməlidir? – Nazir açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşların əlillik müddəti bitdiyindən onlar aidiyyatı üzrə müraciət edərək müvafiq yoxlamalardan keçib təkrar əlilliklərinin uzadılmasını təmin edə bilərlər.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir qeyd edib ki, bu il 193 min insanın 5 illik əlillik müddəti bitir.

“Onların heç birinin əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən saxlanılmayıb. Bu qanunvericiliklə tənzimlənən məsələdir” – deyə nazir bildirib.