Əlillik təyinatında 4 dəfə artım qeydə alınıb – Rəsmibackend

Əlillik təyinatında 4 dəfə artım qeydə alınıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il 25 526 nəfərə təkrar əlillik, 25 200 nəfərə ilkin əlillik təyinatı aparılıb.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, ilkin əlillik təyinatında ötən illərlə müqayisədə 27 faiz artım olub:

“50 726 əlillik təyinatının 24 faizi orqanizmin 80-100 faiz pozulmasına görə təyin edilib. Əvvəllər isə birinci qrup üzrə əlillik 6 faiz olurdu. Gördüyünüz kimi burada 4 dəfə artım qeydə alınıb. Əlillikdə əsasən göz və pxisi xəstəliklər əsas yer tutur. Ötən il əlillik üçün müraciətlərin 54 faizinə müsbət cavab verilib”.