Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olubbackend

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin əməkdaşı Günay Hüseynova bu gün Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasına edilən dəyişikliyi şərh edərkən məlumat verib.

O bildirib ki, sözügedən dəyişikliyə əsasən, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişlərin rəsmiləşdirilməsinə əsas verən xəstəliklərin sayı artırılıb:

“Əvvəllər 5 istiqamət üzrə müalicə müddəti gözlənilmirdi. Bunlara əqli pozuntular, anatomik çatışmazlıqlar, dərmana davamlı vərəm formaları, 4-cü mərhələ onkoloji xəstəliklər və 5-ci mərhələ xroniki böyrək xəstəlikləri aid idi. Bu məqsədlə müalicə müddəti gözlənilməyən xəstəliklərin siyahısı artırlıb, təqribən 15 dəfə artırılaraq 5-dən 73-ə çatdırılıb. Bu hal vətəndaş məmnuniyyətini artıracaq”.

Onun sözlərinə görə, əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi- sosial ekspertiza müayinəsinə müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən xəstəliklər sırasına ağciyər sarkodiozu, oynaq ankilozu, demensiya, autizm və bir çox hematoloji xəstəliklər və s. daxildir.