Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİKbackend

Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Dəyişikliklə sənədə yeni bənd əlavə olunub. Yeni bəndə əsasən, bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.