Əlimdə olan faktları ortaya qoysam, onlar ölkədən baş götürüb qaçarlar – Ramiz Mehdiyevbackend

Əlimdə olan faktları ortaya qoysam, onlar ölkədən baş götürüb qaçarlar – Ramiz Mehdiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın Prezidenti, akademik Ramiz Mehdiyev son günlər onun haqqında yazılanlarla bağlı «Təzadlar»a açıqlama verib.

NOCOMMENT.az xəbər verir ki, AMEA rəhbəri ona qarşı aparılan qarayaxmalardan danışıb:

“Nankorlar sabah başqalarına qarşı da eyni nankor yol tutacaqlar. Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin… bu gün mənə düşmən kəsilməsidir – nankorluğudur.

Əgər həmin şəxslər barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün”. Unikal.org