Əlində vəsiyyətnamə olsa da ata mülkünü adına keçirə bilmir – VİDEObackend

Əlində vəsiyyətnamə olsa da ata mülkünü adına keçirə bilmir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Raya Qarayeva Tərtər şəhər Nicat İsgəndərov küçəsi, döngə 2, ev 6 ünvanında yaşayır.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, o deyir ki, ata mülkü olan bu ev anasının sağlığında vəsiyyətnamə ilə ona verilib.

Əvvəllər evi sənədləşdirmək istədiyində ona bildirilib ki, vəsiyyətnamənin hüquqi qüvvəyə minməsi üçün, vəsyyətnamə verən şəxsin dünyasını dəyişmiş olmalıdır. Artıq 3 ildən çox müddətdir ki, anası dünyasını dəyişsə də, o evi öz adına sənədləşdirə bilmir.

Raya Qarayeva deyir ki, 3 il müddətində bir- iki dəfə rəsmi qurumun adından gələn şəxslər olsa da, sonrada onlardan da xəbər çıxmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.