Əliyev Azərbaycanı nümunəvi ölkəyə çevirdi – Harbbackend

Əliyev Azərbaycanı nümunəvi ölkəyə çevirdi – Harb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu çox mühüm Forumda iştirak etdiyimiz üçün çox şadıq. Forumun açılışında inanılmaz dinamik nitqinə görə Prezident İlham Əliyevi təbrik edirəm.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a müsahibəsində Kanadanın İcmalar Palatasının sabiq üzvü Mac Harb söyləyib.

Prezident İlham Əliyevin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü çərçivəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışdığını vurğulayan Mac Harb deyib:

“Biz Prezident İlham Əliyevin rəhbərliyi sayəsində buradayıq. Geniş dünyagörüşünə və Azərbaycanı regionda lider ölkəyə çevirərək, dünyanın digər dövlətləri üçün nümunəvi bir ölkə qurmaq yolunda göstərdiyi qeyri-adi səylərə görə təbrik etmək lazımdır”.