Əliyev Paşinyanla Sankt-Peterburqda görüşəcək?backend

Əliyev Paşinyanla Sankt-Peterburqda görüşəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının dekabrın 28-də Sankt-Peterburqda keçiriləcək sammitində iştirak edəcək.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, sammit çərçivəsində hər iki ölkə liderinin görüş keçirmə ehtimalı da yaranır.

Bu barədə mətbuat konfransında danışan Paşinyan bildirib ki, hələlik Azərbaycan prezidenti İlham Əliyevlə ikitərəfli görüşlə bağlı rəsmi təklif yoxdur: “Təbii ki, MDB liderləri orada olacaqlar, istənilən halda təmaslar olacaq. Amma bu günə kimi rəsmi danışıqların aparılması təklifi olmayıb. Sammit qeyri-rəsmi olduğu üçün görüşlər də qeyri-rəsmi olacaq”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin rəhbərlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.