Əliyev və Paşinyanı dəstəkləməliyik – Putinbackend

Əliyev və Paşinyanı dəstəkləməliyik – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanı Dağlıq Qarabağda münaqişənin sülh yolu ilə həllinə şərait yaratmaq əzminə görə dəstəkləməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Putin Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçıları Şurasının iclasında bildirib.

“Bu cür düyünlənmiş mürəkkəb münaqişələri sülh yolu ilə həll etmək üçün güzəştlər tapmaq, bu uzlaşmalara gəlmək lazımdır. Bu da öz növbəsində qərar verənlərdən cəsarət tələb edir.

Bu baxımdan, əlbəttə ki, hamımız Azərbaycan Prezidenti cənab Əliyevi və Ermənistan baş naziri cənab Paşinyanı bölgədəki vəziyyətin sülh yolu ilə həllinə şərait yaratmaq və xalqlar (ermənilər və azərbaycanlılar) arasında münasibətlərin qurulması naminə qərar vermək əzminə görə dəstəkləməliyik”, – deyə o qeyd edib.
Axar.az