Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevə zəng edərək onunla Aktau yaxınlığında qəzaya uğrayan təyyarəni müzakirə edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan liderinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, söhbət zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıblar. Onlar həmçinin qəzanın səbəblərinin tam açıqlanacağına əminliklərini ifadə ediblər.
“Telefon danışığı zamanı tərəflər istintaqın gedişi ilə bağlı fikir mübadiləsi aparıb və araşdırmalar nəticəsində qəzanın səbəblərinin tam şəkildə açıqlanacağına əminlik ifadə olunub”, – məlumatda deyilir. Bundan əlavə, Əliyev xilasetmə əməliyyatlarına görə Qazaxıstan prezidentinə təşəkkür edib.
Dekabrın 25-də AZAL-ın təyyarəsi Aktauda qəzaya uğrayıb. Təyyarədə 67 nəfər olub, onlardan 38-i sağ qalmayıb.