Əliyevin bu sözləri Ermənistanı çalxaladı – Düşmən ölkə TƏŞVİŞ İÇİNDƏbackend

Əliyevin bu sözləri Ermənistanı çalxaladı – Düşmən ölkə TƏŞVİŞ İÇİNDƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 12-də yerli televiziyalara verdiyi müsahibə Ermənistan kütləvi informasiya vasitələrində geniş şərh edilməkdədir.

NOCOMMENT.az xəbər verir ki, Prezident İlham Əliyevin Ermənistandan gələn hər hansı təhlükəni məhv edəcəyimizlə bağlı fikrini nəşrlərin əksəriyyətində manşetə çıxaran Ermənistan mətbuatı bunu “ölkəyə növbəti təhlükə” kimi şərh edib.

Prezident İlham Əliyevin Ermənistanın hərbi quruculuğu necə aparmağa çalışdığını diqqətlə izləməyimiz, Ermənistanın harasında olmasından asılı olmayaraq, Azərbaycan üçün təhdid kimi qiymətləndirəcək istənilən təhlükəni aradan qaldırmağa hazır olmaqla bağlı fikirlərini təhlil edənlər qənaətlərini bu cür yekunlaşdırırlar: “Azərbaycan Silahlı Qüvvələrinin inkişaf tempi dayanmır”.

Nəşrləri, həmçinin Prezident İlham Əliyevin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində baş verən döyüşlər zamanı 8-ə qədər erməni hərbçinin həlak olduğunu qeyd etməsinə də xüsusi diqqət çəkiblər.
AZƏRTAC