Əliyevin çağırışını dəstəkləyirik: ABŞ-dan Tehran hücumu ilə bağlı açıqlamabackend

Əliyevin çağırışını dəstəkləyirik: ABŞ-dan Tehran hücumu ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin spikeri Ned Prays bildirib.

O qeyd edib ki, rəsmi Vaşinqton Azərbaycan Prezidenti İlham Əliyevin bu qəbuledilməz zorakılığın tez bir zamanda araşdırılması çağırışını dəstəkləyir. Prays həlak olan şəxsin ailəsinə başsağlığı verib.

“İstənilən yerdə diplomatlara və ya diplomatik obyektlərə hər hansı hücum qəbuledilməzdir. İran hökumətinə İranda Xarici Diplomatların Müdafiəsi üzrə Cenevrə Konvensiyasına görə məsuliyyətini xatırladırıq”, – deyə açıqlamada bildirilir.