Əliyevlə Paşinyan görüşəcək – Bu dəfə rus mediası yaydıbackend

Əliyevlə Paşinyan görüşəcək – Bu dəfə rus mediası yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə üçtərəfli görüş yaxın zamanlarda Moskvada keçiriləcək.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “İnterfaks” agentliyi yayıb.

Agentlik görüşün yeni il tətillərindən sonra baş tutacağını bildirib. Agentliyin mənbəsi görüş üçün mümkün tarixlərdən birinin 11 yanvar olduğunu da təsdiqləyib.

“İnterfaks” hələlik görüşlə bağlı rəsmi təsdiqə sahib olmadığını deyib.

Qeyd edək ki, bundan öncə erməni mediası diplomatik mənbələrə istinadla belə bir görüşün yanvarın 11-də Moskvada Putinin iştirakı ilə olacağı haqda məlumat yaymışdı. Hətta Daşnaksutyun Partiyasının liderlərindən olan Saqatelyan bu görüşdə Ermənistan üçün “arzulanmaz müqavilə” imzalanacağını da iddia etmişdi.