Əlizadə: Xankəndidəki ermənilər seçim qarşısında – qalsınlar, yoxsa getsinlər?backend

Əlizadə: Xankəndidəki ermənilər seçim qarşısında – qalsınlar, yoxsa getsinlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir çox məsələ, o cümlədən siyasi proses hökumətlər arasındakı danışıqlarda həll edilir. Eyni zamanda, Şuşa-Xankəndi yolundakı kimi aksiyaların proseslərin gedişinə müəyyən bir təsirinin olacağı qaçılmazdır.

NOCOMMENT xəbər verir ki, bunu teleqraf-a politoloq Zərdüşt Əlizadə deyib.

O hesab edir ki, bu gün Şuşa-Xankəndi yolundakı aksiya və ortaya çıxan nəticə bir çox məsələlərə aydınlıq gətirilməsini tələb edir: “Çünki hələ də Qarabağda separatçılar özlərini “dövlət” hesab edirlər. Amma orada yaşayan erməni əsilli insanlar var. Onlar məhz öz gələcəkləri ilə bağlı indi konkret qərar qəbul etməlidirlər. Bundan sonra onlar hələ də verilən “vədlərə” inansınlar-inanmasınlar, orada qalsınlar-getsinlər kimi ciddi bir məsələdə seçim etməlidirlər”.

Politoloqa görə, Rusiya tərəfinin bu məsələ ilə bağlı mövqeyi indiki vəziyyətin olduğu kimi qalmasına hesablanıb: “Məqsəd odur ki, rus sülhməramlılarına bundan sonra da ehtiyac duyulsun. Rusiya istəyir ki, Qarabağda olan erməni silahlıları ilə yanaşı özünün qoşunları həm Ermənistanda, həm də sülhməramlı adı altında Azərbaycan ərazisində mövcud olsun. Bu əslində Azərbaycan-Rusiya münasibətlərindən də asılıdır. Eyni zamanda Azərbaycan-Ermənistan arasında sülh əldə olunsa və bundan sonra digər vasitəçiyə ehtiyac qalmasa, Rusiyanın da burada təsir imkanları sıfıra enmiş olacaq”.

Zərdüşt Əlizadənin fikrincə, burada yeganə çıxış yolu sülhdən keçir: “Bu gün Ermənistanda türklərə nifrət oxuyanlar və digərləri sülh düşmənləridir”.