Elm dünyasından həyatı asanlaşdıracaq iki yeni ixtirabackend

Elm dünyasından həyatı asanlaşdıracaq iki yeni ixtira

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikadakı universitetlərdən biri həyatı asanlaşdıracaq iki ixtira ilə gündəmə gəlib.

NOCOMMENT-in məlumatına görə ixtiralardan biri yaranı daha tez sağaldan sarğı, digəri isə özünü təmizləyən səthlərdir.

Amerikanın Şimal-Qərb Universitetinin tədqiqatçıları ağıllı bandaj yaradıblar. Hazırlanmış bu bandaj elektrodlardan, enerji toplama bobinindən və sağalma prosesinə töhfə verən sensorlardan ibarətdir.

Heyvanlar üzərində aparılan sınaqlarda, yeni sarğının ilk yarım saat ərzində belə yaranı sağaltmağa başladığı görülüb.

Texas Universitetinin tədqiqatçıları isə toz hissəciklərinin yapışmasının qarşısını alan “özünü təmizləyən” səthlərə malik ixtira ilə gündəmə gəliblər.

Tədqiqatçılar səthlərdə toz hissəciklərinin materiala yapışmasını çətinləşdirən nanoölçülü şəbəkələr yaradıblar. İnsan gözünün görə bilməyəcəyi şəkildə dəyişdirilən bu səthlərdə zərrəciklər bir-birinə yapışır və olduqları yerdən yapışa bilmirlər. Araşdırmaya görə, hamar səthin yüzdə 35-dən çoxu tozlu qalır, bu texnika ilə əvəz edilən səthin yalnız iki faizi tozlu görünür.