Elm və Təhsil Nazirliyi STEAM istiqamətli mərkəzlər üçün avadanlıqlar alır.
NOCOMMENT.az xəbər verir ki, nazirlik avadanlıqların satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.
Tenderin nəticələrinə əsasən, müsabiqənin qalibi “JBA Group” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və nazirlik onunla müqavilə bağlayıb.
Müqaviləyə əsasən, avadanlıqların alqı-satqısı 3,56 milyon manata başa gələcək.