Elm və Təhsil Nazirliyi 4 milyon manata ağac peleti alırbackend

Elm və Təhsil Nazirliyi 4 milyon manata ağac peleti alır 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Təhsil müəssisələrinə alternativ yanacaq vasitələrinin satınalınması” müsabiqəsinə yekun vurub.

NOCOMMENT.az Oxu.Az-a istinadən xəbər verir ki, 3 634 400 manat dəyərində olan tenderin qalibi “SİMPLEX” Qapalı Səhmdar Cəmiyyəti olub.

Şərtlərə görə, şirkət 5 600 ton ağac peleti tədarük etməlidir.

Qeyd edək ki, ağac peleti – bərk bioyanacaq növü olub, əsasən təmizlənmiş ağac qırıntıları, talaş və budaqlardan hazırlanır.