Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması məqsədilə tender elan edib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, planlaşdırılan satınalma çərçivəsində 120 ədəd 2 qapılı soyuducu, 600 ədəd elektriklə işləyən soba/yağ radiatoru, 2.000 ədəd əl blenderi, 2.000 ədəd elektrik samovar, 550 ədəd 8 kq paltaryuyan maşın, 1.000 ədəd ət çəkən maşın, 150 ədəd 296 litrlik dondurucu, 1.300 ədəd split tipli kondisioner, 2.000 ədəd 2800 W tozsoran, 1.650 ədəd A4 lazer printer, 2.000 ədəd elektrik ütü, 1.500 ədəd 43 düym televizor, 1.650 ədəd elektrik mikser, 550 ədəd elektrik piltə, 550 ədəd sadə saçqurudan alınması planlaşdırılır.
Satınalmanın ehtimal olunan qiyməti 9.953.299,17 AZN təşkil edir.
Qeyd edək ki, İdarənin müdiri Valeh Mirzalıyevdir.